AFFA-nın baş katibi: Futbolçular bu nəticəyə layiq deyillər
Bakı, 6 sentyabr, AZƏRTAC
Futbolçular bu nəticəyə və idarəçiliyə layiq deyillər.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində Reykyavikdə İslandiya yığmasına 0:5 hesabı məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, komandanın müdafiədə oynamasının düzgün olmadığını bildirib: “İslandiya yığmasına hörmətlə yanaşırıq. İlk dəqiqələrdən müdafiədə 6-7 futbolçu ilə oynamamalıydıq”.
“Futbolçuların günahı yoxdur. Fernandu Santuş ev tapşırığını düzgün yerinə yetirmədi. Sistem başdan səhv idi. O, bunun məsuliyyətini anlamalıdır. Onun Azərbaycan xalqına, futboluna yanaşması düzgün deyil. İndi onun matçdan sonrakı açıqlaması maraqlıdır. Biz ondan düzgün fikirlərini gözləyirik. İstefa verməsə, lazımi tədbirləri görəcəyik”, - deyə AFFA-nın baş katibi qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]