AFFA-nın baş katibi Gəncə Futbol Akademiyasının inşası ilə maraqlanıb
Bakı, 25 yanvar, AZƏRTAC
AFFA-nın baş katibi Sərxan Hacıyev Gəncəyə səfər edib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində baş katib Gəncə şəhər stadionunun ərazisində qurum tərəfindən tikintisi davam etdirilən Futbol Akademiyasında inşaat işlərinin gedişi ilə maraqlanıb.
“Kəpəz” futbol klubunun İdarə Heyətinin sədri İlqar Nadiri həyata keçirilən işlər barədə ətraflı məlumat verib.