AFFA-nın təşkilatçılığı ilə Şamaxıda futbol festivalı keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhər stadionunda futbol festivalı keçirilib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, festivalın təşkilində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etmək olub.
Festivalda 120-yə yaxın qız və oğlan uşaqları iştirak edib.
Festival zamanı fərqlənən uşaqlara AFFA-nın Kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən toplar hədiyyə olunub.