AFFA və Türkiyə Futbol Federasiyasının prezidentlərinin görüşü olub
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da AFFA-nın prezidenti Rövnəq Abdullayev və Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir arasında görüş olub.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, görüşdə AFFA ilə TFF arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
R.Abdullayev Türkiyə milli komandasına “Avro-2020” çərçivəsində keçirəcəyi oyunlarda uğurlar arzulayıb.
N.Özdemir xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, TFF-in baş katibi Kadir Kardaş və digər şəxslər iştirak ediblər.