AFİNA OLİMPİADASI SIĞORTALANDI
BOK-un prezidenti Jak Roqqe bildirmişdir ki, Olimpiada 170 milyon dollar məbləğində sığortalanmışdır. Bundan əlavə, oyunların təşkilatçıları təhlükəsizliyin təmin olunmasına təxminən 1 milyard dollar ayırmaq niyyətindədirlər.
Bu günlərdə BOK nümayəndələri ilə Londonun sığorta şirkətləri sindikatı arasında müvafiq saziş imzalanmışdır. Sənədə görə, sığorta hadisəsinin baş verməsi anlayışına hərbi əməliyyatlarla, terror aktı və ya təbii fəlakətlərlə - zəlzələlər, daşqınlar, torpaq sürüşmələri və digər fövqəladə hallarla əlaqədar Olimpiadanın təxirə salınması, yaxud keçirilmə müddətinin qısaldılması daxildir. Mümkün risklər siyahısına bəzi olimpiya obyektlərinin vaxtında hazır olmaması, habelə hər hansı komandaların Olimpiadada iştirakdan imtina etməsi daxil deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]