AFİNA TURİSTLƏRİ QAYDA-QANUNA RİAYƏT ETMƏYƏ ÇAĞIRIR
Görünür, Afina hakimiyyət orqanlarının Olimpiya oyunları ərəfəsində həyata keçirdiyi tədbirlər nəticəsində Yunanıstan paytaxtı nümunəvi şəhər olacaqdır. Belə ki, bu yaxınlarda tətbiq edilmiş qaydalara əsasən, küçəyə zibil, o cümlədən saqqız və ya siqaret kötüyü atan hər bir kəs 20 avro məbləğində cərimə ödəyəcəkdir. İctimai yerlərdə ədəbsiz danışanlar barədə məlumat vermək üçün “birbaşa xətt” də açılmışdır.
Afina hakimiyyət orqanları paytaxtda təmizlik yaradılması kampaniyasına 35 milyon avro xərcləyəcəklər. Küçələri saqqızlardan təmizləyən xüsusi zibilyığan maşınlar gətiriləcək, ictimai yerlərə minə qədər yeni zibil qutuları qoyulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]