İDMAN
AFİNANIN TƏHLÜKƏSİZLİK XİDMƏTİNİN ƏMƏKDAŞLARI İFRATÇILIQ EDİRLƏR
AZƏRTAC xəbər verir ki, Assoşieyted Press agentliyinin yaydığı məlumata görə, Afinanın hakimiyyət orqanları şəhər limanında çəkiliş aparan iki meksikalı telejurnalisti döymüş təhlükəsizlik xidməti əməkdaşları barədə işin istintaqına başlamışlar. Oyunların Təşkilat Komitəsi bu hadisəyə görə artıq üzrxahlıq etmişdir. Meksikalılar ən azı səkkiz gəmi-mehmanxananın dayanacağı limanla bağlı süjet çəkmək istəyirdilər.
Afinalılar şəhərin, o cümlədən limanın təhlükəsizliyinin təmin olunması məsələsinə çox ciddi yanaşırlar. Lakin təhlükəsizlik xidmətinin əməkdaşları bəzən ifrata varırlar. Meksika telejurnalistlərinin limanda çəkiliş aparmaq hüququ var idi, lakin sahil mühafizə xidmətinin əməkdaşları, görünür, onların casus olduqlarını güman etmiş və müvafiq tədbirlər görmüşlər.