Ağ ev venesuelalı immiqrantların qanunsuz olaraq deportasiya edildiyinə dair iddiaları rədd edib

Vaşinqton, 18 mart, AZƏRTAC
Ağ ev Tramp administrasiyasının 250 venesuelalı immiqrantın qanunsuz olaraq deportasiya etdiyinə dair iddiaları rədd edib.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında Ağ evin mətbuat katibi Kerolayn Livit deyib. O, bunu “terrorla mübarizə əməliyyatı” kimi xarakterizə edib.
“Administrasiya qanun çərçivəsində, prezidentin konstitusiya səlahiyyətləri çərçivəsində və Xarici Düşmənlərə dair Aktı ilə ona verilən səlahiyyətlər çərçivəsində hərəkət edib. Biz bu işi məhkəmədə qazanacağımıza tam əminik”, - deyə Livit bildirib. O, həmçinin deyib ki, deportasiya edilənləri daşıyan təyyarələr federal məhkəmənin onları göndərməməklə bağlı qərarından əvvəl yola düşüb.
Qeyd edək ki, ABŞ məhkəməsi Tramp administrasiyasına Ağ evin yüzlərlə venesuelalını deportasiya etmək addımının məhkəmə qərarına zidd olub-olmadığını izah etməsi üçün məhkəmə prosesi keçirəcək.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [18:39]
Fransa prezidenti Madaqaskar xalqından üzr istəmədi və şübhəli vəd verdi
- 25.04.2025 [18:20]
Makrona sərt cavab: Mayot Qəmər adalarınındır
- 25.04.2025 [17:37]
“Intel” kompaniyasının yeni baş direktoru “çətin qərarını” açıqlayıb
- 25.04.2025 [16:46]
Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
- 25.04.2025 [16:24]
Tramp: Nizamlanma prosesinin sonunda Krım Rusiyada qalacaq
- 25.04.2025 [16:19]
Almaniyada polis atəşi ilə ölənlərin sayı rekord həddə çatıb
- 25.04.2025 [16:10]