Ağcabədi, Bərdə və Tərtərdə 70-dən çox qadın üçün biznes təlimləri təşkil olunub
Bakı, 12 sentyabr, AZƏRTAC
BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Ağcabədi, Bərdə və Tərtərdə 70-dən çox qadın üçün biznes təlimləri təşkil olunub.
AZƏRTAC BMT-nin İnkişaf Proqramının məlumatına istinadla xəbər verir ki, təlimlər zamanı iştirakçılara biznes planın yazılması, xərclərin, maye dəyərinin və gəlirin hesablanması və digər lazımi biznes bacarıqlar öyrədilib. Təlimlər nəticəsində qadınlara öz biznes planlarını tərtib etmək imkanı yaradılıb.
Təlim BMT-nin İnkişaf Proqramının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Böyük Britaniya Hökumətinin dəstəyi ilə həyata keçirdiyi “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi çərçivəsində keçirilib.