Ağcabədi rayon sakinindən silah-sursat götürülüb
Bakı, 17 iyun, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avşar kənd sakini, əvvəllər məhkum edilmiş İlqar Şirinov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman “Kalaşnikov” markalı avtomat silah, içərisində 5,45 kalibrli 30 patron olan avtomat sandığı, bir əl qumbarası və içərisində barıt olan sellofan torba aşkarlanaraq götürülüb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.