Ağdam sakinlərinin təbii qazla bağlı müraciətləri dinlənilib
Bakı, 12 avqust, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin (İB) növbəti, həftənin isə sonuncu “Səyyar qəbul otağı” Ağdam sakinlərinin ixtiyarında olub.
İB-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar “Açıq mikrofon”un imkanlarından yararlanaraq qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar.
Görüş zamanı fərdi qazlaşma, qaz xəttinin və qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər ünvanlanıb. Səsləndirilən hər bir müraciət “Azəriqaz” İB-nin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.