Ağdamda pendir sexində nöqsanlar aşkarlanıb
Bakı, 8 avqust, AZƏRTAC
Ağdam rayonunun Zəngişalı kəndində fəaliyyət göstərən Babək Kamil oğlu Bayramova məxsus pendir sexində plandankənar yoxlama aparılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin döşəmə səthlərinin təmirsiz olduğu, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, təmizlik və dezinfeksiya işlərinin həyata keçirilmədiyi müəyyən olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.