AĞDAŞ RAYONUNDA ÇƏLTİK YIĞIMINA HAZIRLIQ GÖRÜLÜR
Ağdaş, 5 sentyabr (AZƏRTAC). Ağdaşda çəltikçiliklə məşğul olan torpaq mülkiyyətçiləri məhsul yığımına hazırlaşırlar.
Çəltik yetişdirmək kəndlilərin dolanışıq şəraitinə müsbət təsir etdiyindən Ağdaşda bu sahəyə maraq ildən-ilə artır.
Rayondakı şoranlaşmış torpaqların digər əkinlər üçün yararlı hala salınması məqsədi ilə həmin ərazilərdə ilk növbədə çəltik yetişdirilməsinin böyük əhəmiyyəti vardır. Bu səbəbdən cari ildə rayon üzrə 396 hektar şoran torpaqda çəltik əkilmişdir.
Hazırda rayonun Cardam, Ovculu, Mürsəl, Qumlax, Şıxlı və Nemətabad kəndlərində iri çəltik sahələri mövcuddur.
Ötən il Ağdaşda 800 hektar sahədə çəltik yetişdirilmişdisə, cari ildə kəndlilər 1.196 hektar sahədə əkin aparmışlar. Çəltikçilər bu il hər hektardan 60-80 sentner məhsul götürəcəklərinə ümidlidirlər.
Rayonda çəltik yığımına sentyabrın 15-dən sonra başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]