Ağdaşda 100 hektar sahədə yeni meşə salınmışdır
Ağdaş, 15 dekabr (AZƏRTAC). Hazırda 7 min 470 hektar meşə ərazisi olan Ağdaş rayonunda bu sahənin mühafizəsi, yeni mədəni meşəliklərin salınması və qiymətli ağac tinglərinin yetişdirilməsi diqqət mərkəzindədir. Ağdaş Rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, idarənin tabeliyində olan Ağdaş, Ağzıbir və Ucar meşəbəyiliklərinin ərazisində cari ildə 100 hektar sahədə mədəni meşə salınmışdır. Plana uyğun olaraq, yaz aylarında 55 hektar, payızda isə 45 hektarda ümumilikdə 270 min akasiya, iydə, qovaq, nar, tut və s. ağaclar əkilmişdir. Hazırda ağac əkini davam etdirilir.
Cari ildə müəssisənin 7 hektarlıq tingçilik təsərrüfatında 600 min ting yetişdirilmişdir. Bundan əlavə müəssisə bu il Bakı şəhəri ətrafında və Qobustan rayonu ərazisində yaşıllıqların salınması üçün 150 min ting göndərmişdir. İdarə meşəliklərin salınması ilə yanaşı, onun mühafizəsini də uğurla həyata keçirir. Meşələrin yanğından mühafizəsi üçün 3 metr enində şum zolaqları çəkilmiş, vətəndaşlar arasında maarifləndirmə işləri aparılmışdır. Cari ildə xəstə və kök üstündə qurumuş ağacların kəsilməsi hesabına 660 kubmetr odun yanacağı hazırlanaraq məktəblərə, uşaq bağçalarına, xəstəxanalara, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız ailələrə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]