Ağdaşda 110 hektar sahədə meşə salınmışdır
Ağdaş, 7 yanvar (AZƏRTAC). Ağdaş rayonunda meşə ərazisinin mühafizəsi, yeni meşə sahələrinin salınması və qiymətli ağac tinglərinin yetişdirilməsi diqqət mərkəzindədir. Ağdaş rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, idarənin tabeliyində olan Ağdaş və Ağzıbir meşəbəyliklərinin ərazisində 2010-cu il - “Ekologiya ili”ndə 110 hektar sahədə meşə salınmışdır. Orada əsasən şam, qovaq, akasiya və iydə ağacları əkilmişdir. Əkilən on minlərlə ağac hesabına Kür çayının kənarındakı Tuqay meşələri daha da genişləndirilmişdir.
Ağdaş, Göyçay və Ucar rayonları ərazisində 7.500 hektar meşə sahəsini əhatə edən müəssisənin nəzdində böyük tingçilik təsərrüfatı fəaliyyət göstərir. Təsərrüfatda yetişdirilən 200 min ədəd ağac tingindən meşəliklərin salınmasında, eləcə də, həmin rayonlarda təşkil edilən ağacəkmə aksiyalarında istifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]