Ağdaşda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub
Bakı, 20 noyabr, AZƏRTAC
Ağdaş Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Pirkəkə kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:12]
Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri”nə start verilib
- 16.06.2026 [16:09]
Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb
- 16.06.2026 [16:03]
Komitə sədri Şuşada vətəndaşların müraciətlərini dinləyib
- 16.06.2026 [15:53]
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 16.06.2026 [15:44]