AĞIR ATLETİKA FEDERASİYASININ KUBOKU UĞRUNDA YARIŞLAR BAŞA ÇATMIŞDIR
Beynəlxalq dərəcəli hakim Vahid Nəzərovun rəhbərlik etdiyi hakimlər briqadası tərəfindən idarə olunan yarışlarda ölkəmizin müxtəlif regionlarından 100-dən çox atlet 24 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Kişilər arasında iki hərəkətin cəminə görə 215 kq - Aqşin Mirzəyev (56 kq, Bakı), 260 kq - Asif Məmmədov (60 kq, İsmayıllı), 180 kq – Murad Nəsrullayev (69 kq, Lənkəran), 305 kq – İntiqam Zairov (77 kq, Bakı), 305 kq – Vüqar Mustafayev (85 kq, Bakı), 345 kq – Əlibəy Səmədov (94 kq, Bakı), 382,5 kq – Nizami Paşayev (105 kq, Bakı) və 400 kq – Alan Nanıyev (+105 kq, Bakı) birinci yeri tutmuşlar.
Yeniyetmələr arasında iki hərəkətin cəminə 180 kq – Qədis Qədisov (62 kq, Qax), gənclər arasında 175 kq – Murad Orucov (56 kq, Lənkəran), kişilər arasında isə 400 kq – Alan Nanıyev (+105 kq, Bakı) təcrübəli çıxışlarına görə Azərbaycan Ağır Atletika Federasiyasının kubokuna sahib olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]