İDMAN
Ağırlıqqaldıranımız Belarusda keçirilən II MDB Oyunlarının qalibi olub
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Belarusda keçirilən II MDB Oyunlarının qalibi olub.
AZƏRTAC xəbər verir ki, idmançımız 109 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyib. O, toplam 393 kiloqram (177+216) nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Eyni çəkidə mübarizəyə qoşulan Əli Şükürlü isə toplam 300 kiloqram (130+170) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.
Qeyd edək ki, avqustun 4-də Belarusda başlayan II MDB Oyunlarında ağır atletika üzrə yarışlar da təşkil olunur. Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında 150-dən çox idmançı medallar uğrunda mübarizəyə qoşulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]
Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib
- 06.05.2024 [16:01]