Ağsu rayonunda barama tədarükü başa çatıb
Ağsu, 18 iyun, AZƏRTAC
Ağsu rayonunun kümçüləri barama tədarükünü başa çatdırıblar. “Azəripək” MMC-nin nümayəndələrinə 5 ton 523,4 kiloqram yaş barama təhvil verilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 62 kümçü tərəfindən 120 qutu inkubasiya olunan ipəkqurdu toxumu bəslənilib. Əksər ərazilərdə, xüsusilə daha peşəkar kümçülərin olduğu Ərəbmehdibəy, Ərəbuşağı, Qaraqoyunlu, Padar, Mustafalı, Ərəbsarvan ərazi dairələrində yüksək göstəriciyə nail olunub. Builki mövsümdə Qaraqoyunludan kümçü Abid Hacıyev 153 kiloqram, Sadiq Əhmədov 136,5 kiloqram, Ərəbsarvandan Füzuli Əliyev 131 kiloqram yaş barama təhvil veriblər.