Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik İsa Həbibbəyli: Türk dünyası ilə əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyur

Akademik İsa Həbibbəyli: Türk dünyası ilə əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyur

Bakı, 20 iyun, AZƏRTAC

Bugünkü beynəlxalq simpozium AMEA-nın 80 illik fəaliyyəti ərzində bu elm ocağının Türkiyə Elmlər Akademiyası ilə keçirdiyi ilk birgə tədbir kimi böyük əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bakıda keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” beynəlxalq simpoziumunda çıxışı zamanı deyib.

Bildirib ki, Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə ifadə etdiyi “Bir millət, iki dövlət” ifadəsi qardaş Türkiyə və Azərbaycanın birlikdə dünyaya nümayiş etdirdiyi qardaşlıq nümunəsinin, Türk dünyası ölkələrinin sarsılmaz birliyinin əyani sübutudur. Eyni zamanda, bu tədbir Azərbaycan Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası kontekstində xüsusi əhəmiyyətə malikdir.

Akademik İsa Həbibbəyli tədbirin Türkiyənin elmi qurumları ilə mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinə, yeni ortaq elmi layihələrin formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. İki nüfuzlu elmi qurumun – Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmlər Akademiyasının Bakıda təşkil etdiyi birgə simpoziumun digər türk dövlətlərinin elmi qurumları üçün də örnək xarakteri daşıdığını deyib.

Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” fikrinə istinad edən alim Azərbaycanda uzun illər ərzində formalaşmış, zəngin ənənəyə malik türkologiya elmi və Türk dünyası ilə əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Akademiyanın bütün elmi-tədqiqat institutlarında türkologiya ilə bağlı şöbələrin yaradıldığını deyən AMEA rəhbəri bu istiqamətdə yeni prioritet istiqamətlərin formalaşdığını, perspektivlərin müəyyənləşdirildiyini diqqətə çatdırıb. O, Türk dünyası ilə əlaqələrin dinamik şəkildə genişləndiyini vurğulayaraq, yeni mərhələdə AMEA-nın ilk əməkdaşlıq müqaviləsinin məhz Türkiyə Elmlər Akademiyası ilə imzalandığını xatırladıb. Bildirib ki, AMEA-nın ilk daxil olduğu beynəlxalq elmi təşkilat da Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasıdır.

“AMEA yalnız Türkiyə ilə deyil, həmçinin Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan Elmlər akademiyaları ilə elmi əməkdaşlıq haqqında müqavilələr imzalayıb və bu əlaqələr konkret birgə fəaliyyətlər səviyyəsində davam etdirilir”, – deyə akademik İsa Həbibbəyli əlavə edib.

AMEA prezidenti vurğulayıb ki, Azərbaycan və Türkiyə yalnız daxili siyasətdə və ikitərəfli münasibətlərdə deyil, həmçinin beynəlxalq arenada birlik və həmrəylik nümayiş etdirir. O bildirib ki, iki ölkənin liderlərinin qarşılıqlı hörmətə, səmimiyyətə və ortaq strateji maraqlara əsaslanan münasibəti, vahid mövqedən çıxış etməsi bütün elmi qurumlar, eləcə də hər iki xalq üçün örnəkdir.

Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qardaş ölkənin təbii fəlakətdən ciddi zərər görmüş bölgələrindən biri olan Kahramanmaraş şəhərində baş tutan “Azərbaycan” məhəlləsinin açılış tədbirinin əhəmiyyətinə toxunub. Bu hadisənin təkcə fiziki bərpa layihəsi deyil, eyni zamanda, Azərbaycan və Türkiyə arasında siyasi, mədəni və mənəvi birliyin, dərinləşən inteqrasiyanın rəmzi ifadəsi olduğunu qeyd edib: “Bu, iki dövlət arasında qardaşlığın təzahürü olmaqla yanaşı, həm də Türk dünyasında birliyin və həmrəyliyin güclənməsinə xidmət edən mühüm faktdır.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatları, siyasi mesajları, birlik və həmrəylik çağırışları, bu qardaşlığın hər gün, hər addımda daha da möhkəmləndiyini və davamlı xarakter daşıdığını bir daha təsdiqlədi”.

AMEA rəhbəri qeyd edib ki, Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın mənafelərini birmənalı şəkildə müdafiə edir. O, iki ölkə arasında siyasi həmrəyliyin ən yüksək səviyyədə olduğunu, Azərbaycan-Türkiyə dostluğunun bütün dünyaya nümunə kimi təqdim edildiyini bildirib. Vurğulayıb ki, bizim borcumuz hər addımda Türk dünyası ailəsinin birliyinin möhkəmlənməsinə töhfə vermək, bu prosesə elmi dəstək göstərməkdən ibarətdir. Bu gün keçirilən simpozium da Azərbaycan və Türkiyə elminin Türk dünyası birliyinə verdiyi ortaq töhfənin parlaq təzahürü kimi xüsusi əhəmiyyət kəsb edir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, tədbir çərçivəsində aparılacaq müzakirələr və əldə ediləcək elmi nəticələr beynəlxalq siyasi arenada qarşıda duran vəzifələrin müəyyənləşdirilməsində elmin rolunu, onun açdığı yolları və strateji hədəfləri aydın şəkildə ortaya qoyacaq.

AMEA rəhbəri bu simpoziumun Azərbaycan-Türkiyə elmi əməkdaşlığının möhkəmlənməsinə, çoxillik dostluq ənənələrinə əsaslanan birliyin daha da gücləndirilməsinə xidmət etdiyini vurğulayaraq, bu əlaqələrin daha da inkişaf edəcəyinə, davamlı olacağına inamını bildirib.

Akademik İsa Həbibbəyli, həmçinin simpoziumun materiallarının elmi məqalələr toplusu şəklində Türkiyədə kitab halında nəşr olunacağını diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq