AKİA sədri: EKTİS-də bu günədək 83 gübrə və pestisid təchizatçısı, 250-dən artıq toxumçu qeydiyyatdan keçib
Bakı, 6 fevral, Ceyhun Rüstəmov, AZƏRTAC
Gübrə və pestisid bazarı tamamilə liberallaşıb. Hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 83 gübrə və pestisid təchizatçısı, 250-dən artıq toxumçu qeydiyyatdan keçib. Lakin görüşdə iştirak edənlərin və bizimlə əlaqə saxlayan, müxtəlif səbəblərdən görüşə qatılmayanların sayını da nəzərə alsaq, bu rəqəmin bir neçə dəfə artıq olduğunu söyləyə bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev gübrə, pestisid, toxum və ting təchizatçıları ilə görüşdə jurnalistlərə müsahibəsində deyib.
Görüşün əsas məqsədinin təchizatçıları EKTİS-də qeydiyyatdan keçməyi sürətləndirməyə səsləmək olduğunu vurğulayan Mirzə Əliyev təchizatçıları qeydiyyatdan keçməyə, satışlarını həyata keçirən mağazaları pos-terminallarla təmin etməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [18:09]
® “Caspian Energy Club”ın üzvləri Qarabağ bölgəsini ziyarət ediblər
- 15.05.2026 [18:05]
İşğaldan azad olunan Cəbrayılda 150 çarpayılıq xəstəxana inşa edilir
- 15.05.2026 [17:47]
Böyük Qayıdışın növbəti ünvanı – Şükürbəyli kəndində həyat yenidən canlanır
- 15.05.2026 [16:37]
Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 15.05.2026 [15:54]