Aksiya ərazisindən keçərək Laçına gedən BQXK-yə məxsus avtomobillər geri qayıdıb
Şuşa, 14 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.
AZƏRTAC xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 2 minik, 4 yük avtomobili bu dəqiqələrdə əks tərəfə geri qayıdıb.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli avtomobillərin keçidi üçün tam açıqdır.
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 124 gündür davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]