Aksiya zamanı vətəndaşlar tutumu 1040 litr olan plastik tullantı təhvil veriblər
Bakı, 20 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Rahat” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları ekoçantaya dəyiş” aksiyası Mərdəkan qəsəbəsində yerləşən "Rahat Market Mərdəkan Gourmet"in qarşısında keçirilib.
AZƏRTAC nazirliyin teleqram səhifəsinə istinadla xəbər verir ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu 1040 litr olan plastik, 27 litr tutumu olan şüşə tullantı və 24 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər.
Nazirlik hər kəsi aksiyalarda fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
Qeyd edək ki, növbəti aksiyaların keçiriləcəyi ərazi və vaxt barədə məlumat öncədən nazirliyin rəsmi saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında paylaşılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]