Aksiyanın dördüncü günü: etirazçıların tələbləri dəyişməz qalır VİDEO
























Şuşa, 15 dekabr, Ziyadxan Həsənov, AZƏRTAC
Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasını, Qızılbulaq qızıl yatağında və Dəmirli mis-molibden yatağında monitorinq aparılmasının təmin olunmasını tələb edən Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası dördüncü gündür ki, davam edir.
AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, ölkənin müxtəlif regionlarından olan gənc fəallar da etirazçılara qoşulur.
Rusiya sülhməramlı kontingenti öz postunda küçə dinamikləri quraşdırıb. Bunun nə məqsədlə edilməsi yaxın saatlarda məlum olacaq.