RƏSMİ XRONİKA
ALBANİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB BAMİR TOPİYƏ
Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı - Bayraq günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 noyabr 2009-cu il.