SİYASƏT
Aleksandar Vuçiçin Bakıya səfəri Serbiya mətbuatının diqqət mərkəzindədir




Belqrad, 21 dekabr, AZƏRTAC
Serbiya KİV-i Prezident Aleksandar Vuçiçin dekabrın 21-də Azərbaycana işgüzar səfərinə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, ölkənin əsas informasiya agentlikləri və xəbər portallarında dərc olunan yazılarda Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüş keçirdiyi, dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etdikləri bildirilir.
Qeyd olunur ki, strateji tərəfdaş olan Serbiya və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.
Səfər çərçivəsində Azərbaycanın elektrik enerjisinin gələn ildən Serbiyaya ixracı, eləcə də Serbiyanın Azərbaycan qazını əldə etməsi yolları barədə müzakirələrin aparıldığı vurğulanır.
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad