ALİ RADA AVRO-2012-NİN TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİ HAQQINDA QANUN QƏBUL ETMİŞDİR
AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, Ali Rada “Futbol üzrə 2012-ci il Avropa çempionatının final hissəsinin Ukraynada təşkili və keçirilməsi haqqında” qanun qəbul etmişdir.
Qanunda deyilir ki, çempionatın keçirildiyi dövrdə viza rejiminin tənzimlənməsinin, işədüzəlmə üçün icazələrin, Ukraynanın gömrük sərhədindən keçilməsinin, xarici valyuta dövriyyəsinin, xarici valyuta mübadiləsinin sadələşdirilmiş qaydaları və digər güzəştlər tətbiq ediləcəkdir.
Ali Rada idman qurğularının tikintisi və təchizatı üçün ölkədə istehsal olunmayan və ya istehsal edilsə də, dünya səviyyəsinin texniki xarakteristikalarına və beynəlxalq idman təşkilatlarının tələblərinə cavab verməyən malların (xidmətlərin) idxal rüsumundan azad edilməsini də qərara almışdır.
Qanuna görə, Avropa çempionatının keçirildiyi dövrdə Ukraynaya gələn əcnəbilər ölkəyə 30 min dollara qədər xarici valyuta gətirə biləcəklər.
Gözlənildiyinə görə, Avropa futbol çempionatının final hissəsinin oyunlarına baxmaq üçün Ukraynaya 400 min əcnəbi turist gələcəkdir.
Xatırladaq ki, Ukrayna və Polşa 2012-ci il Avropa çempionatının final hissəsinin keçirilməsi üçün UEFA-nın elan etdiyi müsabiqədə qalib gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]