“Alibaba”nın qurucusu “Ant Group” şirkətinə nəzarəti itirib
Bakı, 7 yanvar, AZƏRTAC
Çinli milyarder, “Alibaba Group” kompaniyasının qurucusu və direktorlar şurasının sədri Cek Ma “Ant Group” şirkətinə nəzarəti itirib.
AZƏRTAC "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, “Ant Group” korporativ idarəetmənin optimallaşdırılması üçün təsisçi, rəhbərlik və işçi heyəti də daxil olmaqla on nəfərə müstəqil səsvermə hüququ verəcək və Cek Manın şirkət üzərində nəzarəti aradan qalxacaq. Bununla yanaşı, şirkətin səhmdarlarının payı dəyişməz qalacaq.
Cek Ma 2020-ci ilin oktyabrında Şanxay forumunda Çin hakimiyyətinin maliyyə tənzimlənməsi siyasətini tənqid edən çıxışından sonra demək olar ki, ictimai məkandan yoxa çıxıb. Həmin çıxışdan bir neçə gün sonra Çinin hakimiyyət orqanları “Alibaba Group” kompaniyasını antiinhisar qanunlarını pozması səbəbindən rekord həcmdə - 2,8 milyard dollar cərimələyib.
Qeyd edək ki, “Alibaba” kompaniyasının tərkibinə daxil olan “Ant Group” onlayn bizneslə məşğuldur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:25]
Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]