Alimlər daha yaxşı yemiş yetişdirmək üçün gen redaktə metodundan istifadə ediblər
Bakı, 29 iyul, AZƏRTAC
Yemiş yay aylarının əvəzedilməz meyvəsidir. Bu dəfə alimlər bu faydalı meyvəni daha xeyirli hala gətirmək ötrü daha əvvəl insan genetikası üzərində istifadə edilən CRISPR/Cas9 redaktə metodundan istifadə ediblər.
AZƏRTAC “ScitechDaily” saytına istinadən xəbər verir ki, Tsukuba Universitetindən bir qrup araşdırmaçı əvvəllər olduqca bahalı sayılan lüks yapon yemişini CRISPR/Cas9 üsulu ilə kifayət qədər ucuz yolla əldə edə biliblər.
Tsukuba Universitetinin genetika mühəndisi Satoko Nonaka qeyd edir ki, CRISPR/Cas9 metodu normal yemişin toplanmasına 14 gün qalmış tətbiq edilməlidir, növbəti iki həftə ərzində inkişafa davam edən bitkinin tərkibi yeni əmələ gələn maddələr hesabına zənginləşir.
Qida və texnologiya mühəndisləri bu üsulla gələcəkdə zəngin tərkibli qida əldə etməyin xeyli asanlaşacağına ümid bəsləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2023 [11:40]
Alimlər suyu təmizləyən “Ağıllı pas” nanohissəcikləri hazırlayıblar
- 17.08.2023 [16:14]
Kvant hesablamaları səs dalğaları formatında saxlamaq mümkün olacaq
- 17.08.2023 [11:53]
NASA-nın “Orion” kosmik gəmisi sınaqdan uğurla keçib
- 10.08.2023 [15:26]
“Horizon Avropa” proqramı çərçivəsində növbəti məlumat günü keçirilib
- 08.08.2023 [15:26]
Qaranlıq maddə və kainatın genişlənməsinə yeni baxış
- 08.08.2023 [12:13]
Süni intellekt texnologiyası insanların həyatına onlayn nəzarət edəcək
- 07.08.2023 [13:01]