Almaniya bankı Gürcüstanın enerji sisteminə 8,4 milyon avro qrant ayıracaq
Tbilisi, 21 sentyabr, AZƏRTAC
Gürcüstan hökuməti enerji sistemində yeni islahatlar həyata keçirəcək. Ölkə bu islahatların dəstəklənməsi üçün Almaniya Yenidənqurma Bankından (“KFW”) yardım alacaq.
AZƏRTAC xəbər verir ki, əldə olunmuş razılaşmaya əsasən, “KFW” Gürcüstanın enerji sahəsində həyata keçiriləcək islahatların dəstəklənməsinə 8 milyon 440 min avro qrant ayıracaq. Bununla əlaqədar müvafiq saziş imzalanıb.
Sənədi Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini David Tvalabeişvili və “KFW”in Cənubi Qafqaz üzrə regional ofisinin direktoru Klaus Vigel imzalayıblar.
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatın görə, vəsait enerji effektivliyi, bərpaolunan enerji mənbələri, qanunvericiliyin təkmilləşdirilməsi kimi müxtəlif sahələrin dəstəklənməsinə yönəldiləcək.
D.Tvalabeişvili bildirib ki, “KFW”in dəstəyi enerji sektorunda nəzərdə tutulan islahatlar baxımından vacib məqsədlərə çatmaq üçün çox faydalı olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]