Almaniyada avtomobil bir qrup insanı vurub, 5 nəfər xəsarət alıb
Berlin, 7 iyun, AZƏRTAC
Almaniyanın Şlezviq-Holşteyn əyalətinin Fridrixştad şəhərinin mərkəzi meydanında 74 yaşlı sürücü avtomobili bir qrup insanın üzərinə sürüb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində ikisi ağır olmaqla beş nəfər xəsarət alıb. Sürücü özü də xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib.
Polisin məlumatında hadisənin sürücünün avtomobili park yerindən çıxararkən idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilib. Nəticədə avtomobil açıq havada oturan bir qrup insanı vurub.
Sürücünün müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi və hadisənin də bunun nəticəsində baş verə biləcəyi ehtimal olunur. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hazırda hadisənin səbəbləri araşdırılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]