ALMANİYADA AZƏRBAYCANIN RADİOMONİTORİNQ SİSTEMİNİN TƏŞKİLİ ÜZRƏ MÜZAKİRƏLƏR APARILMIŞDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları Almaniyanın Hamburq və Münhen şəhərlərində olmuşlar.
Alman mütəxəssisləri ilə Azərbaycanda radiomonitorinq sisteminin təşkili ilə bağlı müzakirələr aparılmışdır.
Sistem vasitəsilə tezliklərin səmərəli istifadəsi, elektron vasitələrin qeydiyyatı və uçotu, qeydiyyatdan kənar istifadənin, efir üzərində nəzarətin və efir müdaxiləsinin qarşısının alınması sahələrində Almaniyanın təcrübəsi öyrənilmişdir.