ALMANİYADA CAZ HƏVƏSKARLARI KLUBUNDA VAQİF MUSTAFAZADƏNİN XATİRƏSİ ANILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azİs-Almaniya Beynəlxalq Assosiasiyasının Berlindəki caz həvəskarları klubunda növbəti görüş keçirilmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Azərbaycan Tibb Universitetinin məzunu, böyük caz həvəskarı, mərhum Müseyib Hüseynovun yaratdığı klubda keçirilmiş budəfəki görüş görkəmli cazmen, bəstəkar Vaqif Mustafazadəyə həsr olunmuşdur.
Tədbirdə bəstəkarın əsərləri dinlənilmişdir. Vaqif Mustafazadənin caz ilə muğamın sintezindən ibarət əsərləri xüsusi maraq doğurmuşdur.
Dövlət Komitəsindən onu da bildirmişlər ki, Azİs-Almaniya Beynəlxalq Assosiasiyasının caz həvəskarları klubununu növbəti görüşü müasir Azərbaycan musiqisini təmsil edən “Savab” qrupu və onun rəhbəri Cəmil Əmirova həsr olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]