ALMANİYADA FƏALİYYƏT GÖSTƏRƏN AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARININ ƏLAQƏLƏNDİRMƏ MƏRKƏZİ YARADILMIŞDIR
Azərbaycanın Almaniyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, bu günlərdə Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə mərkəz yaradılmışdır.
Mənzil-qərargahı Berlində yerləşən Əlaqələndirmə Mərkəzinin yaradılması barədə ilkin razılıq ötən il iyulun 6-da Almaniyanın Maynts şəhərində diaspor təşkilatlarının yığıncağında əldə edilmiş və bu il yanvarın 19-da isə müvafiq qərar qəbul edilmişdir.
Cəmiyyətlər arasında əlaqələndirmə işi Mərkəzin fəaliyyətinin əsasını təşkil edəcəkdir. Qurum icraçı katib və köməkçisi tərəfindən idarə olunacaqdır. İcraçı katib Azərbaycan diasporunun fəallarından olan Samirə Patzer-İsmayılova artıq vəzifəsini yerinə yetirməyə başlamışdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Almaniyadakı səfirliyi Əlaqələndirmə Mərkəzinin fəaliyyətini dəstəkləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]