ALMANİYADA İNSAN HÜQUQLARI ÜZRƏ SEMİNAR KEÇİRİLƏCƏKDİR
Milli Azlıqlar üzrə Avropa Mərkəzi noyabrın 17-19-da Almaniyada “Ombudsman İnstitutu və milli azlıqların hüquqları” mövzusunda seminar keçirəcəkdir. Tədbirə Qafqaz, Cənubi-Şərqi Avropa ölkələrindən və Rusiya Federasiyasından nümayəndələr dəvət olunmuşlar.
Azərbaycanı bu tədbirdə Ombudsman Aparatının əməkdaşları Vüqar Məhərrəmov və Əli Heybətov təmsil edəcəklər.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, məşğələlərin məqsədi ombudsman təsisatlarının nümayəndələrinə təcrübə mübadiləsi aparmaq imkanı yaratmaq, beynəlxalq və Avropa standartlarına uyğun milli azlıqlar və insan hüquqlarının müdafiəsi sahəsində biliklər aşılamaqdır.
Seminarda milli azlıqlar və insan hüquqları üzrə mühazirələr dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]