Almaniyada yaşayan azərbaycanlı və müxtəlif ölkələrdən olan uşaqların görüşü keçirilmişdir
Bakı, 3 iyun (AZƏRTAC). Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Almaniyada yaşayan azərbaycanlı və müxtəlif ölkələrdən olan uşaqların görüşü keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Maqdeburqda keçirilmiş görüşdə ölkəmizi Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil etmişdir.
Azərbaycanlı uşaqlar dünyanın bir çox ölkələrindən olan iştirakçılara ölkəmizə aid hədiyyələr təqdim etmiş, mahnılar oxumuşlar.
Hədiyyələr Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniya Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi və Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti tərəfindən təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]