ALMANİYADAKI HƏMVƏTƏNLƏRİMİZ NOVRUZ BAYRAMINI QEYD EDİRLƏR
AZƏRTAC-ın xüsusi müxbiri Berlindən xəbər verir ki, xalqımızın əziz bayramı olan Novruzu Almaniyada yaşayan həmvətənlərimiz və türk qardaşlarımız geniş qeyd edirlər.
Berlindəki “Azərbaycan Evi” cəmiyyətinin martın 21-də “Uraniya” sarayında keçirəcəyi “Novruzunuz mübarək” bayram şənliyində Azərbaycandan qonaq gəlmiş tanınmış müğənnilər Bilal Əliyev və Mələkxanım Əyyubova konsert proqramı ilə çıxış edəcəklər. Şənliyə Almaniyanın paytaxtında və onun ətrafında yaşayan həmyerlilərimiz, türk qardaşlarımız və Berlin ictimaiyyətinin nümayəndələri dəvət olunmuşlar. Berlindəki Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycanın diplomatik missiyasının əməkdaşları da qonaqlar arasında olacaqlar.
Ölkəmizin AFR-dəki səfirliyindən bildirmişlər ki, əziz bayram Almaniyanın digər bölgələrində də geniş qeyd ediləcəkdir.
Martın 22-də Oldenburg şəhərində, martın 23-də Hamburqdakı Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində, martın 24-də Köln Azərbaycan-Türk Dayanışma Dərnəyində, martın 25-də Mannhaym şəhərində soydaşlarımız və türk qardaşlarımız, onların qonaqları Novruz əhval-ruhiyyəsi yaşayacaqlar.
Keçiriləcək şənliklərə “Xəzər ansamblı”, Mələkxanım Əyyubova və Bilal Əliyev dəvət olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]