Almaniyanın Maqdeburq şəhərində 28 May - Respublika Günü qeyd olunmuşdur
Bakı, 31 may (AZƏRTAC). Maqdeburqda Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı, ölkəmizin Almaniyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Almaniya Azərbaycanlıları Əlaqələndirmə Mərkəzinin dəstəyi ilə 28 May - Respublika Günü münasibətilə tədbir keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, “Saksen-Anhalt” gəmisində 120 nəfərin iştirakı ilə keçirilmiş tədbirə vilayətdə fəaliyyət göstərən dünyanın 34 ölkəsinin cəmiyyətlərinin nümayəndələri qatılmışlar.
Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşaq Millnitts Niftəliyev, ölkəmizin Almaniyadakı səfirliyinin müşaviri Almaz Məmmədova Azərbaycan haqqında ətraflı məlumat vermişlər.
Sonda səfirlik tərəfindən tədbir iştirakçılarına Azərbaycan haqqında kitablar hədiyyə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]