ALMATIDA AZƏRBAYCANLILARIN “FATİMEYİ” CƏMİYYƏTİ YARADILMIŞDIR
Almatıda yaşayan azərbaycanlıların “Fatimeyi” dini cəmiyyəti yaradılmışdır. Soydaşlarımızın kamil iman sahibi kimi tanıdığı Qəhrəman Bəşirov cəmiyyətin sədri seçilmişdir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, cəmiyyətin yaradılmasından məqsəd milli və dini bayramlarımızın, dini mərasimlərin keçirilməsi işində soydaşlarımıza kömək etmək, kimsəsiz və kasıb həmvətənlərimizi müəyyənləşdirib onlara dayaq durmaqdır. Cəmiyyət həmçinin dəfn və kəbin mərasimlərinin keçirilməsində də soydaşlarımıza yardımçı olacaqdır.
Qəhrəman Bəşirov deyir:
- İki il əvvəl Almatıda tikintisinə başladığımız məsciddə inşaat işləri başa çatmaq üzrədir. Məscidin zirzəmisindəki böyük ibadət salonu artıq hazırdır və indi məhərrəm ayı olduğundan soydaşlarımız hər gün axşam buraya gəlir, dini söhbətlərə qulaq asırlar. Onu da deyim ki, cəmiyyət Qazaxıstanda yaşayan bütün soydaşlarımızı öz ətrafında birləşdirmək, azərbaycanlıların daha çox yaşadıqları vilayətlərdə şöbələrini açmaq niyyətindədir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]