Altı ayda bir istehlakçı orta hesabla ayda 535,5 manat xərcləyib
Bakı, 14 iyul, AZƏRTAC
2023-cü ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 32,6 milyard manat olmaqla 2022-ci ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 5,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin birinci yarısı ilə müqayisədə 5,1 faiz artaraq 31,4 milyard manata bərabər olub, onun 46,6 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 535,5 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 83,0 manat çox vəsait xərcləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]