Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-da AFAD-ın nümayəndə heyəti ilə görüş keçirilib

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də AMEA-nın Rəyasət Heyətinin binasında Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ötən gündən başlayaraq Bakıda Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün keçirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin türk dövlətlərinin Bakıda keçirilən tədbirlərdə iştirak edən nazirlərini qəbul etdiyini xatırladan akademik İsa Həbibbəyli ölkəmizin türk dünyası ilə əlaqələrə mühüm önəm verdiyini vurğulayıb.

Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərinin ölkələrimiz arasında münasibətlərin təməlini təşkil etdiyini deyən AMEA rəhbəri son illərdə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın sıx dostluq, qardaşlıq münasibətləri sayəsində Azərbaycan-Türkiyə əlaqələrinin strateji müttəfiqlik səviyyəsinə, “Şuşa Bəyannaməsi” ilə hərbi müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib. Qeyd edib ki, Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan qardaş ölkənin rəhbərliyinin və 85 milyonluq türk xalqının açıq dəstəyini hiss edib və xalqımız bunu heç bir zaman unutmayacaqdır.

AMEA-nın Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), Türkiyə Elmlər Akademiyası (TÜBA), Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və bir çox ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini deyən akademik İsa Həbibbəyli bu qurumlarla birgə konfransların, simpoziumların keçirildiyini, tədqiqatların aparıldığını, nəşrlərin ərsəyə gətirildiyini, kadr mübadiləsinin edildiyini diqqətə çatdırıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin AFAD-la sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən akademik İsa Həbibbəyli tərəflər arasında imzalanmış Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun münasibətlərimizi yeni mərhələyə qaldıracağını vurğulayıb. Bildirib ki, Anlaşma Memorandumunda əksini tapan maddələrdən biri də AFAD tərəfindən Şuşada seysmik stansiyanın qurulmasıdır ki, bu istiqamətdə işlər tezliklə yekunlaşacaq. AMEA rəhbəri, həmçinin sözügedən sənəddə işğaldan azad olunmuş ərazilərdə seysmik stansiyaların qurulması, birgə tədqiqatların aparılması, təcrübə mübadiləsi və proqram təminatı kimi maddələrin əksini tapdığını söyləyib və bugünkü görüşün qarşıdakı hədəflərə çatmağa müsbət töhfə verəcəyini deyib.

Sonra çıxış edən AFAD-ın Zəlzələ və risklərin azaldılması idarəsinin müdiri Orhan Tatar ölkəmizdə və Akademiyada olmaqdan məmnunluğunu dilə gətirib, Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın və AFAD-ın rəhbəri Okay Memişin salamlarını çatdırıb.

Bu ilin fevral ayında Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı acı xatirələrini bölüşən Orhan Tatar hadisənin ilk saatlarından etibarən yardıma gələn ilk ölkənin qardaş Azərbaycan olduğunu bildirib və minnətdarlığını ifadə edib. Bu fəlakətdən dərs çıxartmağın vacibliyinə toxunan AFAD rəsmisi Azərbaycanın da seysmik zonada yerləşdiyini deyib və güclərimizi birləşdirməyin zəruriliyini vurğulayıb.

Orhan Tatar AFAD-ın 2009-cu ildə qurulmasına baxmayaraq, böyük təcrübəyə malik olduğunu, zəlzələ risklərinin azaldılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. AFAD-ın malik olduğu texnologiyaların Azərbaycana transferinin qurumun başlıca hədəflərindən olduğunu deyən Orhan Tatar bu istiqamətdə atılmış ilk addım olan Şuşada seysmik stansiyanın qurulması işlərinin tezliklə yekunlaşacağını söyləyib və AMEA rəhbərliyini Türkiyəyə dəvət edib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə çıxışında Türkiyənin seysmik qurumları ilə əlaqələrinin ölkəmizin müstəqillik əldə etdiyi ilk illərdən başladığını, birgə beynəlxalq layihələrdə iştirak etdiklərini söyləyib. O, AFAD kimi böyük təcrübəyə malik qurumla əməkdaşlığın gələcək birgə fəaliyyətə müsbət töhfə verəcəyini vurğulayıb. Qurban Yetirmişli, həmçinin Türkiyədə bu il fevralın 6-da baş vermiş dəhşətli zəlzələdən sonra Kahramanmaraş bölgəsində özünün rəhbərliyi ilə Seysmoloji Mərkəzin əməkdaşları tərəfindən aparılan tədqiqatlar barədə də məlumat verib. Həmçinin Mərkəzin fəaliyyət istiqamətləri, seysmik stansiyaları, il ərzində qeydə alınan zəlzələlər və aparılan tədqiqatlara dair təqdimatla çıxış edib.

Tədbirdə, o cümlədən AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov, AFAD rəsmiləri Vedat Özsaraç, Məhəmməd Maruf Yaman və başqaları çıxış edərək Anlaşma Memorandumunun ölkələrimiz və qurumlarımız arasında əlaqələrin inkişafına daha da təkan verəcəyini söyləyiblər.

Görüşdən sonra AFAD nümayəndələri Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunda olub, proqram təminatı ilə bağlı müzakirələr aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyatı marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb

Azərbaycanın enerji diplomatiyası coğrafi məhdudiyyətləri strateji üstünlüyə çevirən uğurlu modeldir – ŞƏRH

Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək

Rauf Hacıyev: Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu və birgə fəaliyyəti dəstəkləyəcək

ABŞ-nin Aİ-dəki səfiri Ağ Evin Qrenlandiya ilə bağlı ritorikasına önəm verməməyə çağırıb

“Güclü cəmiyyətin zərif simaları” layihəsi Xankəndidə

Rumıniya nəşri: Türkiyə TANAP modeli formatında elektrik enerji dəhlizi yaratmağı təklif edir

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlara qeydiyyat başlanıb

Ağakərim Səmədzadə: Metan emissiyalarının azaldılması yalnız iqlim sahəsinə deyil, digər istiqamətlərə də fayda verir

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabahdan

Azərbaycanın enerji modeli böhranlar dövründə dayanıqlılıq nümunəsidir ŞƏRH

Azərbaycanın kibertəhlükəsizlik sistemində yeni mərhələ: MKA fəaliyyətə başlayır

Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb

Azərbaycanlı akrobat: Doğma azarkeşlər önündə ən yüksək nəticəni göstərməyə çalışacağıq

Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir?

WED 2026 çərçivəsində metan emissiyalarının azaldılmasına həsr olunan tədbir təşkil edilib

Servitut: Özgəsinə məxsus torpaqdan nəqliyyat, kommunal və digər ehtiyaclar üçün istifadə imkanı

Osman Kepenek: Orta Dəhliz Azərbaycanın regional liderliyini möhkəmləndirir

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub

Departament rəisi: SOCAR metan emissiyalarının azaldılmasına çox ciddi yanaşır

BƏƏ politoloqu: Bakı və Əbu-Dabi ikitərəfli əməkdaşlığın yeni gündəliyini formalaşdırır

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8,2 faiz artıb

Azərbaycanın enerji strategiyası milli gücü qlobal təsirə çevirən uğurlu modeldir – ŞƏRH

Nazir müavini: Azərbaycan üçün metan emissiyalarının azaldılması həm ekoloji prioritet, həm də mühüm fürsətdir

Coğrafiya İnstitutu: Bayıl və Badamdarda sürüşmə təhlükəsi tam aradan qalxmayıb

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında münasibətlər dəyişir və inkişaf edir VİDEO

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında münasibətlər dəyişir və inkişaf edir VİDEO

Bariz Mehdiyev: FAO dəyər zənciri boyunca inteqrasiya olunmuş həllər təqdim edir

“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub

® Bakıda yeni “Xiaomi 17T” seriyasının təqdimatı olub

Şəki-Zaqatala bölgəsi üzrə monitorinqə 7489 şagird cəlb edilib

ADU və Mərmərə Universitetinin əməkdaşlığı çərçivəsində “İspan dili - akademik dil” adlı tədbir təşkil olunub

Marianxeles Belluşi: “El Calor en Baku” festivalı azərbaycanlıları Argentina mədəniyyəti ilə tanış edəcək

Baş katib: Azərbaycan gimnastlarından Dünya Kubokunda uğurlu nəticələr gözləyirik

Serbiyalı nazir: Metan emissiyalarının azaldılması qlobal istiləşməni yavaşlatmaq üçün ən sürətli və səmərəli imkanlardan biridir

Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxdan

İqtisadiyyat Nazirliyinin xidmətlərinə müraciətlərin 93 faizi elektron formada olub

AMB və Macarıstan Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib

BMU və YAP-ın təşkilatçılığı ilə Şuşada “Yay məktəbi” təşkil olunub

Dövlət Agentliyi “Azərişıq”ın regional bölmələrinin rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Keçmiş voleybolçu: Azərbaycan millisinin İsveçlə oyunda yaxşı nəticə qazanacağına inanıram

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir YENİLƏNİB VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir YENİLƏNİB VİDEO

“Səfəvi tarixinə dair Florensiya Dövlət Arxivinin sənədləri” kitabı təqdim olunub

Azərbaycanın enerji siyasəti ölkənin ərazi bütövlüyünün təmin olunmasında strateji vasitələrdən biri olub ŞƏRH

Astronomlar qalaktikamızın mərkəzindəki qara dəlikdən gələn küləyi kəşf ediblər

Azərbaycan enerji təhlükəsizliyini yalnız neftlə deyil, bərpaolunan enerji ilə də təmin etmək niyyətindədir - ŞƏRH

Bazar günü Bakıda yağış yağacaq - XƏBƏRDARLIQ

İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir

BMT-nin nümayəndəsi: Metan emissiyalarının təxminən 75 faizinin qarşısı mövcud texnologiyalar vasitəsilə alına bilər

Azərbaycan Avrasiyanın əsas enerji mərkəzlərindən birinə çevrilib ŞƏRH

Ekoloji aksiya: BDU-nun həyətində müxtəlif çiçəklər əkilib

Neft qiymətləri həftəni itkilərlə tamamlayır

Yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblərə şagird qəbulu elan edilir

Beynəlxalq Türk Akademiyası elmi layihələrini təqdim edib

Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Ukraynada yaşayan azərbaycanlıların problemləri Ali Radada qaldırılıb

Dövlət orqanlarında 16 vəzifə üzrə daxili müsahibə elan olunub

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

İcraçı direktor: Metan emissiyalarının azaldılması üçün təcili və tamamlayıcı tədbirlər görməliyik

Baş prokuror Şəmkir rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb

Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb

Livan Respublikasının Baş naziri Nəvaf Salamdan

Kənd təsərrüfatı naziri Türkiyədə səfərdədir

Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərpoçt” Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə poçt markası hazırlayıb

FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb

Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb

Süni intellekt texnologiyaları xaricdə təhsil almaq istəyən tələbələr üçün hansı yeni imkanlar yarada bilər?

Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb

ADA Universitetində 40-dan çox ölkənin mədəniyyəti nümayiş olunub VİDEO

ADA Universitetində 40-dan çox ölkənin mədəniyyəti nümayiş olunub VİDEO

Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir

Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb

BDYPİ rəsmisi: Yuxulu sürücünün idarə etdiyi avtomobil nəzarətsiz təhlükəyə çevrilir

Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir

Rəsmi Bakı: CNN-dən əsassız iddiaların yayıldığı məqalənin təkzib edilməsini gözləyirik