AMEA-nın Folklor İnstitutunda 20 Yanvar şəhidləri anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
İnstitutun direktoru, professor Hüseyn İsmayılov 20 Yanvar faciəsi, baş vermiş dəhşətli qırğınlar barədə ətraflı məlumat vermişdir. O, keçmiş sovet ordusunun törətdiyi qırğınları xatırlatmaqla yanaşı, qanlı Yanvar gecəsinin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutduğunu da bildirmişdir.
Folklor İnstitutu direktorunun müavini Oruc Əliyev və digər çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəni yada salmış və qanlı faciənin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]