AMEA prezidenti: Elm ümumbəşəri dəyər və milli sərvətdir
Bakı, 27 mart, AZƏRTAC
Elm insan zəkasının işığı, cəmiyyətin hərəkətverici qüvvəsi, yeni nəslin formalaşmasında mühüm əhəmiyyətə malik olan ümumbəşəri dəyər və milli sərvətdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli söyləyib.
“Alimlərin peşə bayramı olan Elm Günü münasibətilə Azərbaycan elmi ictimaiyyətini, Milli Elmlər Akademiyasının kollektivini ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Sərəncamı rəqəmsal cəmiyyət kimi xarakterizə olunan indiki mərhələdə Azərbaycan elminin qarşısında yeni üfüqlər açır, dövlət səviyyəsində elm adamlarına göstərilən yüksək diqqəti ifadə edir və qarşıda duran məsul vəzifələri müəyyənləşdirir.
Alimlərimizə və elmimizin gənc qüvvələrinə Azərbaycan elminin inkişaf etdirilməsi yollarında yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıram”, - deyə AMEA rəhbəri bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
- 28.09.2026 [18:03]