AMERİKA DEMOKRATLARI MÜSƏLMANLARDAN DƏSTƏK UMURLAR
AZƏRTAC-ın Röyter agentliyindən aldığı xəbərdə deyilir ki, ABŞ müsəlmanlarının böyük əksəriyyəti əvvəlki prezident seçkilərində Corc Buşa səs verdikdən üç il sonra, Demokratlar Partiyasından prezidentliyə namizədlər seçiciləri öz tərəfinə çəkməyə çalışırlar. Massaçusets ştatından senator, demokrat Con Kerri İctimai Fəaliyyət üzrə Müsəlman Şurasının (İFMŞ) illik qurultayında çıxışında bildirmişdir ki, o, “Birləşmiş Ştatların hər yerində müsəlmanların və onların liderlərinin dəstəyini qazanmaq” istəyir. Demokratlardan digər namizəd, Vermont ştatının sabiq qubernatoru Hovard Din də orada çıxış edərək demişdir ki, o, “müsəlmanlar tərəfindən dəstəklənəcəyinə böyük ümid bəsləyir”.
ABŞ-da əhali siyahıya alınarkən vətəndaşların dini mənsubiyyəti qeyd edilmir, ona görə də müxtəlif statistika mənbələri Amerika müsəlmanlarının sayını müxtəlif sayda göstərirlər. Amma ola bilsin ki, indi ABŞ-da təxminən 6 milyon müsəlman yaşayır və onların, demək olar, üçdə bir hissəsi səsvermə hüququna malikdir. İFMŞ qurultayının nümayəndələri arasında aparılan sorğunun nəticələrinə görə, onların 67 faizi Hovard Dinə səs vermək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]