Andorra – İngiltərə futbol matçını qadın hakimlər idarə edəcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlardan birinin idarə edilməsi qadın hakimlərə tapşırılıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 9-da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq Andorra - İngiltərə matçının baş hakimi ukraynalı Yekaterina Monzul olacaq. Ona həmyerliləri Svetlana Qruşko və Marina Streletskaya kömək edəcəklər. Matçın videonəzarət sistemi (VAR) üzrə hakimi isə fransalı Stefani Frappar olacaq.
Xatırladaq ki, Yekaterina Monzul futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avstriya - Farer Adaları (3:1) matçını da idarə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]