Ankarada Azərbaycan və Türkiyənin teatr sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib
Ankara, 5 may, AZƏRTAC
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Ankaraya səfəri çərçivəsində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının baş direktoru, tanınmış aktyor və rejissor Tamer Karadağlı ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinin yalnız siyasi və iqtisadi sahələrdə deyil, eyni zamanda mədəniyyət və incəsənət sahəsində də dərin köklərə malik olduğu vurğulanıb. Qeyd olunub ki, Azərbaycan ilə Türkiyəni birləşdirən bağlar ortaq tarixin, dilin, folklorun, adət-ənənələrin sarsılmaz vəhdətidir.
Günay Əfəndiyeva qeyd edib ki, Azərbaycan və Türkiyənin timsalında bütövlükdə Türk dünyası eyni kökdən qidalanan böyük bir mənəvi coğrafiyadır.
Tərəflər teatr sənətini türk xalqlarının qardaşlıq münasibətlərinin dərinləşməsində önəmli vasitələrdən biri kimi dəyərləndiriblər.
Görüş iki ölkənin dövlət teatrları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı qastrol səfərlərinin təşkili, birgə tamaşaların hazırlanması, aktyor və rejissorların mübadiləsi kimi məsələlər ətrafında müzakirələrlə davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [21:36]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [18:34]
Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb
- 07.06.2026 [17:43]
Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda
- 07.06.2026 [16:23]
Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib
- 07.06.2026 [15:25]
"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub
- 07.06.2026 [04:40]
Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]