İQTİSADİYYAT
Ankarada “StartUp School” layihəsinin növbəti mərhələdə fəaliyyət planı müzakirə olunub
![](/files/galleryphoto/2023/2/1200x630/1689321977624547363_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16893219776363859841_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16893219773451439612_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16893219771585942207_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1689321977438547758_1200x630.png)
Bakı, 14 iyul, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva “StartUp School” layihəsinin növbəti fəaliyyət planını müzakirə etmək üçün Türkiyənin Ankara şəhərində yerləşən OSTİM Texniki Universitetində olub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, universitetdə Enterprise Azerbaijan və ABŞ-ın Nevada Universitetinin Özmen Sahibkarlıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində yaradılan “StartUp School” layihəsinin növbəti mərhələdə fəaliyyətinə dair yol xəritəsinin təsdiq olunması istiqamətində müzakirə aparılıb. Müzakirələrdə iştirak edən Enterprise Azərbaycan portalının rəhbəri Mətanət Musayeva və Özmen Sahibkarlıq Mərkəzinin direktoru Mehmet Serkan Tosun İİTKM, Nevada Universiteti və OSTİM Texniki Universiteti arasında gələcək əməkdaşlıqlar barədə fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində qonaqlar, həmçinin “StartUp School” layihəsinin mentorlarından olan OSTİM Texniki Universitetinin nəzdində fəaliyyət göstərən OSTiMTECH Sahibkarlıq və Liderlik Mərkəzinin direktoru Melike Aktaş Bozkurt ilə birgə OSTİM İdarə Heyətinin sədri Orhan Aydın ilə görüşüblər. OSTİM haqqında məlumat verən Orhan Aydın Özmen Sahibkarlıq Mərkəzi və Enterprise Azerbaijan ilə əməkdaşlıq edilə biləcək sahələr haqqında da fikirlərini bölüşüb.
Daha sonra Mətanət Musayeva OSTİM Texnoparkını, İNNO:14 Akselerasiya Mərkəzini və “ELMED Medical Systems” beynəlxalq şirkətini ziyarət edib, texnoparkın ümumi fəaliyyəti, İNNO:14 Akselerasiya Mərkəzi ilə tanış olub. Qonaqlara OSTİM Texnoparkın hədəfləri və istehsal xətti haqqında məlumat verilib, gələcək əməkdaşlıq ətrafında müzakirə aparılıb.