Antalyada Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesi Sammiti keçirilib
Antalya, 17 iyun, AZƏRTAC
Türkiyənin Antalya şəhərində Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesi Sammiti (SEECP) keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdəki çıxışında təşkilatın yaranması tarixindən, məqsədindən, Türkiyənin quruma sədrliyi dövründə görülən işlərdən, qarşıda duran vəzifələrdən, mövcud problemlərdən danışıb.
Təşkilatın ötən 25 ildəki fəaliyyətinə nəzər salan Rəcəb Tayyib Ərdoğan dünyadakı ikili standartlar, milli və dini ayrı-seçkiliklərdən bəhs edib, Türkiyənin bundan sonra da belə hallara qarşı qətiyyətlə mübarizə aparacağını vurğulayıb.
Türkiyənin terrorizmlə mübarizəni davam etdirəcəyini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, ölkəsi qanunsuz miqrasiya axınına qarşı seyrçi mövqedə dayanmaq fikrində deyil.
Qeyd edək ki, iyulun 1-də Türkiyə SEECP təşkilatına sədrliyi Yunanıstana təhvil verəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]