Aprel ayında havanın temperaturu 30 dərəcəyədək yüksələcək
Bakı, 31 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.
Departamentdən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 11-13° dərəcə isti təşkil edəcək. Havanın temperaturunun gecələr 5-10° isti, bəzi günlərdə 12-14° isti, gündüzlər 13-18° dərəcə isti olacağı, bəzi günlərdə isə 24-29°-dək yüksələcəyi ehtimal edilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-33 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu 12-15° isti təşkil edəcək. Havanın temperaturunun gecələr 6-11° isti, bəzi günlərdə 3° şaxtadan 2-dək isti, gündüzlər 12-17° isti olacağı, bəzi günlərdə isə 25-30°-dək yüksələcəyi ehtimal edilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-59 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 6-10° isti təşkil edəcək. Havanın temperaturunun gecələr 5-10° isti, bəzi günlərdə 1-6° şaxta, gündüzlər 10-15° isti olacağı, bəzi günlərdə isə 18-23°-dək yüksələcəyi ehtimal edilir ki, bu da iqlim norması daxilindədir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 54-83 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturu 12-14° isti təşkil edəcək. Havanın temperaturunun gecələr 7-12° isti, bəzi günlərdə 0-3° isti, gündüzlər 13-18° isti olacağı, bəzi günlərdə isə 23-28°-dək yüksələcəyi ehtimal edilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-54 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturu 9-12° isti təşkil edəcək. Havanın temperaturunun gecələr 6-11° isti, bəzi günlərdə 1-6° şaxta, gündüzlər 10-15° isti olacağı, bəzi günlərdə isə 21-26°-dək yüksələcəyi ehtimal edilir ki, bu da iqlim norması daxilindədir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-126 mm) olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturu 13-15° dərəcə isti təşkil edəcək. Havanın temperaturunun gecələr 8-13° isti, bəzi günlərdə 2-5° isti, gündüzlər 12-17° isti olacağı, bəzi günlərdə isə 25-30°-dək yüksələcəyi ehtimal edilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-49 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturu 10-13° isti təşkil edəcək. Havanın temperaturunun gecələr 7-12° isti, bəzi günlərdə 3°-dək isti, dağlarda 1-6° dərəcə şaxta, gündüzlər 10-15° dərəcə isti olacağı, bəzi günlərdə isə 22-27°-dək yüksələcəyi ehtimal edilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm) olacağı gözlənilir.