AQTA: Təbii mineral suların qeydiyyatı ilə bağlı tədbirlər davam etdirilir
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində istehsal olunan və idxal edilən təbii mineral suların qeydiyyatı, keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təbii mineral suların keyfiyyət və təhlükəsizliyinə dair tələblər AQTA Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş “Təbii mineral sulara dair sanitariya norma və qaydaları”nda müəyyən edilib.
İstehsalçılar sənəddə göstərilən fiziki-kimyəvi və mikrobioloji göstəricilərə, istehsal, qablaşdırma, etiketlənmə və dövriyyə tələblərinə tam şəkildə əməl etməlidirlər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonundakı “Sirab” və Şahbuz rayonundakı “Badamlı” qazlı mineral suları AQTA tərəfindən qeydiyyata alınaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:59]
Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
- 30.09.2026 [14:07]
ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb
- 30.09.2026 [13:44]
Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb
- 30.09.2026 [13:16]
NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO
- 30.09.2026 [12:43]
Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir
- 30.09.2026 [12:41]